Taylandın Buriram əyalətindən olan bir kişi özünü ölməz elan edib.
"Unikal" xəbər verir ki, bu barədə “The Thaiger” nəşri məlumat dərc edib.
Buriram əyalətindən olan 40 yaşlı Somçai adlı kişi polis bölməsinə gələrək iddia edib ki, əzəli düşməni 44 yaşlı Thak onun kürəyindən üç dəfə atəş açıb.
Müstəntiqlər Thakı dindirməyə çağırıblar. O, Somçaiyi həqiqətən vurduğunu etiraf edib və silahı polis təhvil verib. Thak bildirib ki, Somçaiyini balıq tutarkən onu oğurluqda ittiham edib və aralarında münaqişə yaranıb. Bunun fonunda Thak düşmənini kürəyindən silahla 3 dəfə vurub. Kişi hadisədən sonra ərazidən qaçıb. Amma sonradan öyrənib ki, Somçai heç yaralanmayıb da. Bundan sonra Somçai özünü "ölməz adam" elan edib.
Gülayə Mecid