Kiyev Rusiya qazının tranziti ilə bağlı "Qazprom"la ilin sonunda başa çatacaq müqaviləni yeniləməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
O, həmçinin bəyan edib ki, müqavilənin müddəti başa çatdıqdan sonra Ukrayna Aİ ilə birlikdə Rusiya qazının öz ərazisindən Avropaya tranziti ilə bağlı qərar qəbul edəcək: "Digər şirkətlərdən qazın tranzitinə gəlincə, bəzi avropalı həmkarlarımızın tələbi davam edərsə, Aİ və mən onların xahişini nəzərdən keçirəcəyik".
Ağarza Elçinoğlu