Avstriyanın Avropa və Xarici İşlər naziri Aleksandr Şallenberq pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə “Kleine Zeitung” qəzeti məlumat yayıb.

Məlumata görə, nazir avqustun 24-dən xəstəxanadadır. Bu həftə üçün planlaşdırılan bütün tədbirlər və səfərlər təxirə salınıb. Qəzet Avstriya Xarici İşlər Nazirliyindən sitat gətirir: "Onun vəziyyəti yaxşıdır, o, əla tibbi xidmətə görə iştirak edən həkimlərə və işçilərə ürəkdən təşəkkür edir".

Gülayə Mecid