Təyin olunduqdan 10 gün sonra, avqustun 11-də istefa ərizəsi verən İranın keçmiş xarici işlər naziri Cavad Zərif növbəti dəfə strateji məsələlər üzrə vitse-prezident vəzifəsini icra edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Zərif özü X hesabında yazıb.
Zərif bildirib ki, belə bir qərar prezidentlə məsləhətləşdikdən sonra verilib.
Zərif hökumət üzvlərinin ölkənin ali ruhani lideri ilə görüşdüyünü də qeyd edib: "Allaha arxalanaraq, xalqın dostluğunu və hidayətini gözləyərək prezidentin strateji məsələlər üzrə müavini kimi öz vəzifələrimi yerinə yetirməyə davam edəcəyəm" .
Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsini tutub.
Ağarza Elçinoğlu