"NATO bu ölkəyə qarşı haqsızlıq edir, çünki o, digər dövlətlərlə müqayisədə alyansa əhəmiyyətli dərəcədə daha çox pul xərcləməli olur".
"Unikal" xəbər verir ki, bunu yenidən prezidentliyə namizəd olan Donald Tramp “The Shawn Ryan Show” YouTube kanalına müsahibəsində bildirib.
"Mən hesab edirəm ki, NATO Birləşmiş Ştatlara qarşı ədalətsizdir, çünki biz alyansa lazım olduğundan daha çox pul xərcləyirik, digər bərabər zəngin üzv ölkələr isə bunu etmir”, - Tramp deyib.
Onun sözlərinə görə, bu vəziyyətin ən pis tərəfi odur ki, Avropa ABŞ-nin ticarət tərəfdaşı olmaqla Amerikanın kənd təsərrüfatı məhsullarını və ya avtomobillərini almır, sadəcə bu ölkədən “istifadə edir”.
Gülayə Mecid