Xəbər verdiyimiz kimi, avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızı 21 yaşlı qardaşı Səfər Mustafazadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
"Unikal"ın məlumatına görə, 28 yaşı yenicə tamam olan Şəbnəm "SiyəzənBroyler" ASC-də mühasib işləyib.
Bakı Dövlət Univetsitetinin Tarix fakültəsini əla qiymətlərlə bitirən Ş.Mustafazadə müxtəlif intellektual bilik yarışmalarının iştirakçısı və qalibi olub.
Səfər Mustafazadə bacısını qısqanclıq zəminində öldürüb.
O, yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib.
Səfər Mustafazadə saxlanılıb.