Avrasiya İqtisadi Komissiyasının keçmiş naziri Artak Kamalyan Ermənistanın baş naziro Nikol Paşinyanın baş müşaviri təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı qərar Ermənistan hökumətinin saytında dərc olunub.
Qeyd edək ki, Kamalyan 2019-cu ilin iyulunda Ermənistanın iqtisadiyyat nazirinin müavini (kənd təsərrüfatına nəzarət) vəzifəsinə, 2019-cu ilin dekabrında Avrasiya İqtisadi Komissiyasının sənaye və aqrar-sənaye kompleksi üzrə naziri təyin edilib.
Bu il fevralın 1-də 4 illik səlahiyyət müddəti başa çatdıqdan sonra Kamalyan bu vəzifədə Ermənistanın digər nümayəndəsi Qohar Barseqyanla əvəzlənib.