Fransada saxlanılan "Telegram"ın qurucusu Pavel Durovun Nobel mükafatına namizədliyi irəli sürülüb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, sənədləri komitəyə Avrasiya Beynəlxalq Universitetinin rektoru Konstantin Klimenko göndərib. O, "Telegram"ın yaradıcısını yeni rəqəmsal texnologiyalar erasının lideri hesab edir.
Klimenkonun sözlərinə görə, namizədlik ideyası Asiya və Afrikanın bir sıra ictimai təşkilatları və universitetləri tərəfindən dəstəklənib.