Gəncədə 20 yaşlı gənci bıçaqlayan şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov "Unikal"a bildirib ki, əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Onun  saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

*** 22:36

Gəncədə 20 yaşlı gənc oğlan bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Mahrasa Bağı" adlanan yaşayış massivində qeydə alınıb. Şəhər sakini 2004-ci il təvəllüdlü Elmar Sadıqov bud nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya aparılıb. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 20 yaşlı gənc oğlan dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Fakt araşdırılır.