Rusiyanın baş naziri Mixail Mişustin Pavel Puqaçovun Rusiya Federasiyasının səhiyyə nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, müvafiq sənəd hüquqi nazirliyin rəsmi internet portalında dərc olunub.
“Pavel Sergeyeviç Puqaçov Rusiya Federasiyasının səhiyyə nazirinin müavini vəzifəsindən azad edilsin”, – sərəncamın mətnində deyilir.
Mişustin digər sərəncamla Vadim Valerieviç Vankovu Rusiya səhiyyə nazirinin müavini vəzifəsinə təyin edib.