Mingəçevirdə 33 yaşlı gənc bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi küçələrindən birində baş verib. Belə ki, mübahisə və münaqişə zəminində 1991-ci il təvəllüdlü Ağalarov Elvin Nurəddin oğlu sinə nayihəsindən bıçaqlanıb. Yaralı təcili ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırıllb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın  sorğusuna  cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov