Fransada saxlanılan "Telegram" qurucusu Pavel Durov polisə ifadəsində bildirib ki, o, prezident Emmanuel Makronla şam etmək üçün Parisə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə “Le Canard enchaîné” satirik qəzeti "X" sosial şəbəkəsində yazır.
“Telegram”ın rəhbəri Pavel Durov təyyarədən enərkən onu saxlayan polisə Makronla şam edəcəyini deyib”, – deyə nəşr yazıb.
Eyni zamanda, bu məlumatı Yelisey sarayı təkzib edərək, həmin axşam dövlət başçısının Le Tukedə olduğunu qeyd edib.