BMT Qəzzada poliomielit virusunun yayılmasının qarşısını almaq 640 min uşağın peyvənd etməyi nəzərdə tutur.
"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, virusun ikinci variantı Qəzzada sürətlə yayılıb: "Vaksinasiya iki mərhələdə həyata keçiriləcək. On yaşa qədər 640 mindən çox uşaq peyvənd olunacaq. Hədəf ilk mərhələdə uşaqların azı 95 %-ni peyvənd etməkdir".
Qeyd edək ki, poliomielit sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Qəzzada xəstəliyin yayılması münaqişə səbəbindən təmiz su ehtiyatlarının azalması və çirkab sulardan istifadədir.