Türkiyə millisinin və "Fənərbağça"nın üzvü Ferdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
"Unikal" xəbər verir ki, "Brayton" klubu 24 yaşlı futbolçunun keçidini rəsmən elan edib.
Sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, "Fənərbağça"nın heyətində 6 mövsüm keçirən Kadıoğlu 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Ferdi 2023-cü ildə "sarı-lacıvərdlilər"lə Türkiyə kubokunu qazanıb.