Müxtəlif ölkələrdən olan internet istifadəçiləri "X" sosial şəbəkəsinin işində nasazlıqlar olduğunu bildiriblər.

"Unikal" xəbər verir  ki, bunu məşhur internet resurslarında nasazlıqları və bağlanmaları izləyən "Downdetector" saytındakı məlumatlar sübut edir.

Ən çox şikayət, 36,5 mindən çox şikayət ABŞ-da qeydə alınıb.

İstifadəçilərin əksəriyyəti mobil tətbiqin işindən narazılıqlarını bildiriblər. Veb sayt və server bağlantısı ilə bağlı problemlər də var.