Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə "Telegram"ın yaradıcısı Pavel Durova şirkətin baş ofisini Parisə köçürməyi təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, Durov Fransa liderinin bu təklifindən imtina edib: "2018-ci ildə əvvəllər haqqında heç bir məlumat verilməyən şam yeməyində Makron Durova "Telegram"ın qərargahını Parisə köçürməyi təklif edib. Daha sonra Durov bundan imtina edib".
Bildirilir ki, Fransa lideri daha sonra Durovla ona Fransa vətəndaşlığının verilməsi imkanını müzakirə edib.
Qeyd edək ki, "Telegram"ın yaradıcısı avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Daha sonra Paris prokurorluğu bildirib ki, Durov iyulun 8-də 12 cinayətdə şübhəli bilinərək adı açıqlanmayan şəxsə qarşı açılan iş çərçivəsində dindirilmək üçün həbs edilib.
Ağarza Elçinoğlu