Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ və Kanada səfirləri ilə münasibətləri dayandıraraq, ölkənin daxili işlərinə qarışmaq kimi ifadələr işlətdiyini bildirib.
"Unikal" xəbər verir ki, paytaxt Meksikada Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Obrador, ölkədə keçirilməsi nəzərdə tutulan məhkəmə islahatını tənqid edən ABŞ və Kanada səfirləri ilə əlaqələrin hələlik dayandırıldığını açıqlayıb.
Obrador heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını vurğulayaraq, "ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda dayandırılıb. Biz tələsməyəcəyik. Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidirlər. Çünki onlara nəyin doğru, nəyin yanlış olduğunu söyləməyəcəyik. Hörmət və anlayış gözləyirik", - deyib.
Gülayə Mecid