COVID-19 pandemiyasından sonra dünya yeni bir təhlükə ilə üz-üzədir. Afrikadan yayıldığı təsbit edilən meymunçiçəyi virusu bir çox ölkədə aşkarlanıb.
"Unikal" xəbər verir ki, Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi Afrikada meymunçiçəyi virusuna yoluxma hallarının artması ilə bağlı iclas keçirib.
İclasda çıxış edən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin baş direktoru Jan Kaseya bildirib ki, meymunçiçəyi virusu epidemiyası təkcə Afrika üçün deyil, bütün dünya üçün problemdir.
"Meymunçiçəyi ilk növbədə Afrikada, həm də qlobal miqyasda böyük bir sağlamlıq problemidir", - o, ifadə edib.
Meymunçiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.
Gülayə Mecid