Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 2 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Xəlilov müəyyən edilərək saxlanılıb. 

Onun ayrı-ayrı vaxtlarda başqa şəxslərin də mobil telefonlarını oğurlaması müəyyən olunub. 

Araşdırma aparılır.