Avqustun 27-də Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən evlərin birindən 3120 manat dəyərində 39 ədəd elektrik çaydanının oğurlanması barədə Nərimanov RPİ 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ö.Abdullayev və 2 yetkinlik yaşına çatmayan şəxs müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.