Yaxın günlərdə Sünik bölgəsində siyasi hadisələr gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Qeyd olunub ki, hakimiyyət Süniki vaxtilə itaətsiz olan icma başçılarından təmizləməkdə qərarlıdır: "Təkcə bələdiyyənin rəhbəri Qoris Aruş Aruşanyanın deyil, həmçinin Kacaran bələdiyyəsinin rəhbəri Manvel Faramazyanın, Qafan bələdiyyəsinin rəhbəri Gevorq Parsyanın da vəzifəsindən kənarlaşdırılması üçün müxtəlif tədbirlər görülür".
Onların bəzilərinin həbs edilə biləcəyi də istisna edilməyib: "Müxtəlif ictimai dairələrdə Sünik üsyançılarının Paşinyanın “dinini” qəbul etdikləri güman edilirdi, lakin onların hakimiyyətə sədaqəti daha çox qubernator Robert Qukasyanın şəxsiyyəti ilə müəyyən edilir.Nikol Paşinyan insani münasibətlərdən kənarda olduğundan, qarşıdan gələn siyasi və seçki prosesləri ərəfəsində onun qarşısında yarana biləcək bütün maneələri aradan qaldırmaq qərarına gəlib".
Ağarza Elçinoğlu