Hərbi təlimləri heç vaxt qaçırmayan Şimali Koreya lideri Kim Çen In 240 millimetrlik çoxlüləli raketin sınaq atışını şəxsən izləyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi mənbələrdən verilən açıqlamada, 240 millimetrlik çoxlu raket atma sisteminin (MRLS) ən təkmil versiyasının uğurla sınaqdan keçirildiyi bildirilib.
Bu kontekstdə keçirilən hərbi təlimə şəxsən ölkə lideri Kim Çen Inın rəhbərlik etdiyi qeyd edilib.
Məlumat verilib ki, manevr və buraxılış imkanlarına görə növünün ən qabaqcıl olan MRLS bütün sahələrdə, o cümlədən dağıdıcı gücdə uğurunu sübut edib. Bildirilib ki, təlimdən sonra Kim yeni artilleriya silahlarının istehsalı və ordu hissələrinin onlarla təchiz edilməsi barədə göstəriş verib.