Yəmənin şimalındakı Əl-Mahvit şəhərində baş verən sel nəticəsində xeyli sayda insan itkin düşüb.
"Unikal" xarici KİV-Ə istinadən xəbər verir ki, ölkənin yerli telekanalların xəbərinə görə baş verən seldə 24 nəfər itkin düşüb.
Qeyd edək ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) verdiyi açıqlamada, Yəməndə son həftələrdə baş verən sel fəlakətindən 51 min ailənin təsirləndiyi və əksəriyyətinin evlərindən didərgin düşdüyü bildirilib.
Həmçinin, açıqlamada daşqınlardan ən çox Marib və Həccə şəhərlərinin zərər çəkdiyi qeyd edilib.
Zərifə Nağıyeva