İtaliyanın Sardiniya sakini yaşlı anasının meyitini iki il dondurucuda gizlədib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qadının meyiti dondurucuda buz təbəqəsi ilə örtülü vəziyyətdə tapılıb. Kişi 78 yaşlı anasını öldükdən sonra dəfn etməyib və pensiyasını almaq üçün onu gizlədib.
İlkin olaraq təqaüdçünün ölümünə təbii səbəblər səbəb olub. Meyit ekspertizaya göndərilib.
Pensiyaçı oğluna qarşı meyiti gizlətmə və dövlətə ziyan vurmaqla dələduzluq maddələri ilə cinayət işi açılıb.