Almaniyanın Moers şəhərində yoldan keçənlərə bıçaqla hücum edən şəxs polis tərəfindən güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
"Təhlükəli əməliyyat zamanı polis əməkdaşları hücumçunu vuraraq öldürüblər", - nəşr yazır.
Bildirilir ki, 26 yaşlı Almaniya vətəndaşı hər əlində mətbəx bıçağı tutaraq İm Schommer küçəsinə atılaraq yoldan keçənlərə hədə-qorxu gəlməyə başlayıb.
Hadisə yerinə patrul əməkdaşları gəlib, lakin alman qaça bilib. Onu Grillparzerweg küçəsində tapıblar və bıçaqlarından əl çəkməyə razı salmağa çalışıblar. Həmin şəxs dinləməyərək polisə hücum etmək istəyib, daha sonra onlardan biri xidməti silahından istifadə edərək cinayətkarı yaralayıb.