Respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyib ki, Allah onu sui-qəsd cəhdi zamanı xilas edib ki, o, “Amerikanı və bəlkə də dünyanı xilas etsin”.

"Unikal" xəbər verir ki, siyasətçi bu barədə teleaparıcı Fil Makqrou ilə müsahibəsində danışıb. 

"Əgər qalib gəlsəm, bu, həqiqətən, xilasetmədə iştirak etməyimi istəyən inanılmaz bir güc olduğu anlamına gələcək. Və bəlkə də bu, milləti xilas etməkdən daha çox şeydir. Bəlkə də dünyanın xilası budur", - deyib. 

 İyulun 13-də Pensilvaniya ştatında seçkiqabağı mitinqdə çıxış edən Donald Trampa sui-qəsd edilib. Siyasətçi qulağından yaralanıb.