Narkotik vasitələrin satışının və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat həyata keçirilib.

"Unikal" xəbər verir ki, tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəsarət Nadirov saxlanılıb. Həmin şəxsdən 3 kiloqram marixuana aşkarlanıb. C.Nadirov ifadəsində narkotikləri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.