İranın keçmiş müdafiə naziri Məhəmməd Rza Aştiani Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Aştiani ölkənin 13-cü hökumətində müdafiə naziri olub.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini Əziz Nəsirzadə hazırda 14-cü hökumətdə müdafiə naziridir.

Ağarza Elçinoğlu