İspaniyada 1945-ci ildən bəri hər avqust ayında keçirilən "La Tomatina" festivalı 77-ci dəfə keçirilib.
"Unikal" xəbər verir ki, İspaniyanın şərqindəki Valensiya şəhərinin Bunol qəsəbəsində minlərlə insanın qatıldığı festivalda 120 ton pomidor istifadə edilib.
Təxminən 22 min adamın qatıldığı festivalda VIP biletlərin 500 avroya satıldığı bildirilib.
Qeyd edək ki, bu festival 1945-ci ildə Bunolda qonşular arasında mübahisə zamanı tərəflərin piştaxtadan bir-birinə tərəvəz və meyvə atması ilə başlayıb.
Zərifə Nağıyeva