İngiltərədən olan bir kişi arılar tərəfindən 240 dəfə sancıldıqdan sonra sağ qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalının sözlərinə görə, hadisə onun ferma sahəsində baş verib.
Endryu Pauell ferma sahəsində eşşəkarıların hücumuna məruz qalıb. Bir dəqiqədən az müddətdə ona təxminən 240 dəfə arı sancıb. İngilis arvadı Gina eşşəkarılardan qorunmaq üçün vedrələrlə soyuq sudan istifadə edib, bundan sonra kişi xəstəxanaya aparılıb.
Orada vəziyyətini stabilləşdirmək üçün ona adrenalin və morfin verilib. Sağaldıqdan sonra Endryu hisslərini təsvir edibş
“Yarpaq kimi titrəyirəm, bədənim ağrı ilə doludur. Arılar üstümə qaçdı və mən bacardığım qədər tez evə tərəf qaçdım, amma bir neçə saniyə ərzində onlar üstümə düşdülər. Onlar hər yerdə idilər”,- Pauell xatırlayır.
Həkimlər kişinin sağ qalmasına təəccübləniblər.
Gülayə Mecid