Paris prokurorluğu "Telegram"ın yaradıcısı Pavel Durovun hələ də azad edilmədiyini və hakim tərəfindən saxlanıldığını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əvvəl mətbuatda Durovun azadlığa buraxıldığı barədə xəbərlər yayılmışdı.
XXX
18:16
Pavel Durov həbsdən azad edilib.
"Unikal" xəbər verir ki, hakim ilkin dindirilmə və mümkün ittihamlar üçün "Telegram" təsisçisinin polisdə saxlanmasını dayandırıb. O, məhkəmə zalından azad olunub.
*** 17:06
"Telegram"ın həmtəsisçisi Pavel Durov məhkəmə qarşısına çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Məlumata görə, onun ilkin həbs müddəti başa çatıb.
Ağarza Elçinoğlu