Niderlanddan olan kolleksiyaçıya məxsus konyak şüşəsi rəsmən dünyanın ən qədim konyakı statusunu alıb, çünki onun 328 yaşı var.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nijmegen sakini Lars Yansenin kolleksiyasında saxlanılan 1696-cı il Jules Robin konyakı Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən qədim konyakı seçilib.
Əvvəllər hesab olunurdu ki, ən qədim konyak şüşəsi 1762-ci ildən bəri Gautier konyakıdır. İçki 2020-ci ildə "Sotheby's"də 146.000 dollara satılan ən qədim konyak olmuşdu.
Gülayə Mecid