"ABŞ-lə nüvə müharibəsi başlayarsa, Rusiya Amerikanın atış siloslarını məhv edəcək".
"Unikal" xəbər verir ki, bu fikri ABŞ-nin keçmiş kəşfiyyatçısı Skot Ritter "YouTube" kanalında "Judging Freedom"a müsahibəsində bildirib.
Rusiyanın 10 dəqiqə ərzində ABŞ-yə çata və raket siloslarını məhv edə bilən hipersəs raketlərinə sahib olduğunu vurğulayan Ritter, "Birləşmiş Ştatlara raket atılmadan əvvəl nüvə qüvvələrini məhv edəcək dağıdıcı zərbə vurulacaq",- deyib.
Onun sözlərinə görə, amerikalılar cavab verə bilməyəcəklər, çünki onların nüvə qüvvələri çox köhnəlib.
Gülayə Mecid