İspan rəssamı Salvador Dalinin (1904-1989) yarım əsrdir Londonun mərkəzindəki qarajda saxlanılan rəsmləri hərraca çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb. 

Qeyd olunub ki, rəsmlər qədim Roma şairi Ovidin “Məhəbbət elmi” poeması üçün illüstrasiya silsiləsidir. 

Dali qədim yunan miflərinin qəhrəmanlarını əks etdirən bu rəsmləri 1970-ci illərdə yaradıb. 

Rəsmlər sentyabrın 30-da Böyük Britaniyanın Hansons hərrac evində hərraca çıxarılacaq.

Seymur Əli