İndoneziya pornoqrafiya və qumar reklamının mümkün yayılması səbəbindən ölkədə "Telegram" və "Bigo Live" yayım proqramını bloklamağı düşünür.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Rabitə və İnformasiya Nazirliyi artıq platformalara ciddi xəbərdarlıqlar edib, lakin "Telegram" və "Bigo Live"dan gələn cavablar “qeyri-adekvat” olub.
Bildirilir ki, hər iki platformadaqQanun pozuntuları aşkar edilərsə, onlar bloklanacaq.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Benz bildirmişdi ki, Amerika səlahiyyətliləri "Telegram" messencerindən kəşfiyyat məqsədləri üçün istifadə edilə bilər.
Xatırladaq ki, avqustun 24-də "Telegram"ın həmtəsisçisi Pavel Durov Parisin "Le Burje" hava limanında saxlanılıb. Məhkəmə onu bir sıra cinayətlərdə, o cümlədən hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, uşaq pornoqrafiyasının yayılmasında iştirakda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və mütəşəkkil dəstənin tərkibində dələduzluqda ittiham edib. Avqustun 28-də o, həbsdən azad edilib və 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə verilib.
Gülayə Mecid