Bakının Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəllsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Nurəddin Mehvalı oğlunun anket məlumatları dəqiqləşdirilib.
Nurəddin Məmədov həyat yoldaşı Ayşən Namaz qızı Məmmədovanı yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində özünə məxsus mənzildə boğaraq öldürüb. Belə ki, 21 yaşlı Ayşən 2 azyaşlı övladı anası olub. Əslən Tovuz rayonundan olan Nurəddin fəhləlik edərək ailəsini saxlayıb. Hadisəni törətməsinə səbəb isə Ayşənin ona xəyanət etməsindən şübhələnməsi olub.
Məhkəmə prosesi 12 sentyabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə bu il may ayının 5-də Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Seymur Əli