Cənubi Qafqazda Qərbin təsirini artırmaq cəhdləri nəticəsində yaranmış çətin vəziyyət qalmaqdadır.
"Unikal" xəbər verir ki, bu barədə brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
"Yüksək ziddiyyətlər, ilk növbədə, həll edilməmiş ərazi məsələləri və Qərbin Zaqafqaziyada öz təsirini artırmaq istəyi ilə əlaqədar xüsusi narahatlıq doğurur.
Beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni yayılması ilə əlaqəli olan Mərkəzi Asiya regionunda risklər və təhdidlər aktuallığını saxlamaqda davam edir. Bu amillər təşkilata üzv dövlətlərdə sabitliyə əsas təhlükə yaradır".
Serdyukovun sözlərinə görə, dünyada geosiyasi vəziyyət yaxın gələcəkdə qeyri-sabit qalmaqda davam edəcək. O hesab edir ki, Qərbin hərəkətləri mürəkkəb təxribatçı xarakter daşıyacaq, üstünlüyünü qoruyub saxlamaq və bunun üçün dünyada yeni eskalasiya mərkəzləri yaradacaq.
Baş Qərargah rəisi həmçinin bəyan edib ki, Şərqdən gələn qondarma təhlükədən qorunmaq bəhanəsi ilə regionda KTMT-nin qərb sərhədlərinin bilavasitə yaxınlığında NATO koalisiya qüvvələrinin qrupları əmələ gəlir. Ukraynanın maliyyə və silahlarla doldurulması, eləcə də Polşa və Baltikyanı ölkələrin hərbiləşdirilməsi davam edir.
Ağarza Elçinoğlu