Əfqanıstada 5,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, zəlzələ Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində qeydə alınıb.
Təkanların yerin 224 kilometr dərinliyində baş verdiyi bildirilib. Zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal əyalətlərində, qonşu Tacikistan və Pakistanda da hiss olunub.
Dağıntılar barədə məlumat verilməyib.
Zərifə Nağıyeva