"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.

Andrade Afrika Millətlər Kubokunun seçmə mərhələsində Misir (6 sentyabr) və Mavritaniya (10 sentyabr) yığmalarına qarşı oyunları üçün yığmaya dəvət alıb.

Qeyd edək ki, Patrik 2020-ci ildən Kabo-Verde millisinin üzvüdür.