Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

"Unikal" xəbər verir ki, Azərbaycan paraüzgüçü Raman Saley bu gün mübarizəyə qoşulub.

S12 kateqoriyasında çıxış edən təmsilçimiz 100 metr məsafəyə arxasıüstə üzməkdə yarışır. O, təsnifat mərhələsində 1:01,29 göstərici ilə qrup lideri olub. Ümumi yarışda isə ikinci olan Saley finala yüksəlib. Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin ikiqat qızıl mükafatçısıdır.