Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb.
"Unikal"ın Qərb bürosunum məlumatına görə, şəhər sakini 1941-ci il təvəllüdlü M.Babayeva yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 73 yaşlı M.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Onun hansı səbəbdən sirkə tutşusu içərək özünü zəhərlənməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov