Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Nazim Bəydəmirlinin məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, prosesdə zərərçəkənlər İbrahimov Mürsəl Fəyyaz oğlu və Bağırov Ədalət də iştirak edib. Zərərçəkmiş Ədalət Bağırov təqsirləndirilən şəxsin vəkili Aqil Layıcın vəsatəti ilə onun Nazim Bəydəmirlinin bəzi suallarına cavab verib.
Nazim Bəydəmirli bildirib ki, məni sənin şikayətin əsasında tutulmamışam: " Sən mənə zəng eləmisən ki, gəl görüşək. Görüşündə məqsədi "Avtoqarant" şirkəti ilə bağlı məsələyə aydınlıq gətirmək olub".
Ədalət Bağırov isə belə görüşün baş tutduğunu, ancaq həmin görüşdə heç bir məsələnin həll olunmadığını qeyd etdi.
Sonra şahid qismində Xıdırov Salman adlı şəxs dindirilib. Sual isə onun hansı mobil nömrə işlətməsi ilə bağlı olub.
Şahid qismində ifadə verən Samir Hüseynov bildirib ki, istifadəsində olan mobil nömrələr ona məxsusdur.
İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə 16 sentyabr tarixinə kimi təxirə salınıb
Seymur Əli