Bakıda vətəndaşı tamah məqsədilə qətlə yetirməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, dindirilməsi vacib olan şahidlər məhkəmə zalına gəlməyib.
Məhkəmə qısa müşavirədən sonra dindirilməsi vacib olan şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul edib.
Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ilə ittiham irəli sürülüb.