21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

"Unikal" xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Desiree Qrundbaxerin yardımçıları Mattias Sbrissa və Quillaume Maire olacaq. Dördüncü hakim funksiyasını isə Anojen Kanaqasinqam yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 6-da, Bakı vaxtı ilə saat 21:30-da Eş-syur Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq.