İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında öldürülən Rusiya vətəndaşı olan israilli girov Aleksandr Lobanovun ailəsi ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Kan" dövlət radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, Lobanovun dul arvadı Mixal baş nazirlə görüşdən imtina edib.
Məlumata görə, əsirlikdə öldürülən rusiyalının valideynləri Oksana və Qriqori Netanyahu ilə İsrailin cənubundakı Aşkelonda görüşüblər.