Tavuşun Yuxarı Əskipara kəndi ilə sərhəddə yerləşən Voskepar kəndi yaxınlığında minalar partlayıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə kəndin başçısı İşxan Ağbalyan açıqlayıb.
Hadisə avqustun 31-də Ermənistanla Azərbaycan arasında delimitasiyanın hələ də dondurulduğu kəndin yaxınlığında baş verib.
Ağbalyan qeyd edib ki, Voskeparın 3 sakininə məxsus inəklər tikanlı məftil olmayan ərazidən minalanmış əraziyə daxil olub. Məlumata görə, 7 inək bu ərazidə minalara düşüb.
Ağarza Elçinoğlu