Tbilisidə sərnişin qatarı iki nəfərin həyatına son qoyub.
"Unikal" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hadisə Didubə-Avçala hissəsində baş verib. Belə ki, Batumidən hərəkət edən qatar platformaya çırpılıb, nəticədə "Gürcüstan Dəmir Yolu" şirkətinin iki əməkdaşı həlak olub.
Hazırda qatar dayanıb, sərnişinlərdən heç kim xəsarət almayıb, hadisə yerinə təcili tibbi yardım briqadaları və polis səfərbər olunub, araşdırma aparılır.
Gülayə Mecid