Amerika hərbçiləri “İslam Dövləti” terror qruplaşmasının liderlərindən birini saxlayıb 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“Mərkəzi Komandanlığın yaraqlıları və “Suriya Demokratik Qüvvələri” qruplaşması Rakka həbsxanasından qaçan İD qruplaşmasının liderlərindən birini həbs edib”, - Mərkəzi Komandanlığın bəyanatında deyilir.