Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Britaniyanın bir sıra iranlı fiziki və hüquqi şəxslərə qarşı tətbiq etdiyi son sanksiyalara görə, Britaniyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.
Diplomata bu addımın Londonun Tehranla qarşılıqlı əlaqə yaratmaq niyyətinə zidd olduğu bildirilib.