ABŞ administrasiyası yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım göndərmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Prezident Co Baydenin açıqladığı kimi, Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır və biz Rusiyanın bu cür hücumları fonunda onların hərbi və hava hücumundan müdafiəsini gücləndirməyə diqqəti davam etdirəcəyik. Cəmi 10 gün əvvəl gördüyünüz kimi, biz daha bir hərbi yardım paketini elan etdik, bundan da çoxu yaxın həftələrdə veriləcək”, - Ağ Ev rəsmisi bildirib. O, Vaşinqtonun Kiyevə əlavə olaraq konkret nə göndərəcəyini açıqlamayıb.